Ana Sayfa > Dünya > Nadir təbiət hadisəsi: Milyonlarla buzlu kürə gölün üzərini örtdü.

Nadir təbiət hadisəsi: Milyonlarla buzlu kürə gölün üzərini örtdü.


27-11-2021, 08:29. Yazar: admin

Nadir təbiət hadisəsi: Milyonlarla buzlu kürə gölün üzərini örtdü.

Kanadadakı göllərdən birində nadir təbiət hadisəsi müşahidə olunub.

Gölün üzəri milyonlarla kürəşəkilli buz parçalarıyla örtülüb.

Yerli sakinlərdən biri görüntüləri çəkərək paylaşıb.

Ekspert Vinsent Makfarley kürələrin gölün dibindən yuxarıya qalxdığını bildirib. O, buz parçalarının küləyin qarı suya sovurması nəticəsində yarandığını izah edib.

Makfarleyin sözlərinə görə, nadir rast gəlinən bu fenomenin baş tutması üçün gölün üzəri buz təbəqəsilə örtülməməli, lakin su kifayət qədər soyuq olmalıdır.

Mənbə: gazeta.ru
Geri dön