Ana Sayfa > Dünya > Rusiya Qara dənizdə təlim keçirib

Rusiya Qara dənizdə təlim keçirib


24-11-2021, 14:24. Yazar: admin
Rusiya Qara dənizdə təlim keçirib

Rusiya Qara dənizdə 10 aviasiya vasitəsi və bir neçə gəminin iştirakı ilə hərbi təlim keçirib.
Vertikal.az xəbər verir ki, bu barədə Rusiyanın Qara Dəniz Donanması məlumat yayıb.

Hərbi təlimlər Ukrayna ilə gərginliyin yüksək həddə çatdığı və ABŞ rəsmilərinin Rusiyanın cənub qonşusuna mümkün hücumu barədə narahatlıqlarını səsləndirdiyi bir vaxtda keçirilib.

Qeyd edək ki, Rusiyanın Qara Dəniz Donanması 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krım yarımadasında yerləşir.
Geri dön