Ana Sayfa > Dünya / İqtisadiyyat > Niderland xarici neft-qaz layihələrinə investisiyaları dayandıracaq
Niderland xarici neft-qaz layihələrinə investisiyaları dayandıracaq8-11-2021, 17:25. Yazar: admin |
Niderland neft-qaz və kömür sənayesində xarici layihələrə investisiya yatırmağı dayandıracaq. "APA-Economics"in məlumatına görə, bu barədə Niderland Teleradio Yayımı Korporasiyası (NK) ölkə hökumətinin qərarına istinadən xəbər verir. Niderlandın müvəqqəti Nazirlər Kabineti bir müddət əvvəl bildirmişdi ki, yeni hökumət formalaşdıqdan sonra qərar qəbul etməli olacaq. Bu, ekoloji təşkilatların, eləcə də bir sıra siyasi partiyanın mənfi reaksiyasına səbəb olub. "Buna görə hakimiyyət Qlazqo sammitində bir il ərzində ölkə hüdudlarından kənarda enerji layihələrinə hökumət dəstəyini dayandırmaq öhdəliyi götürmüş ölkələr və təşkilatlar qrupuna qoşulmaq qərarına gəlib", - deyə telekanal bildirib. Sözügedən qrupa digərləri ilə yanaşı ABŞ, Böyük Britaniya və Avropa İnvestisiya Bankı da qoşulub. Xatırladaq ki, 2020-ci ildə Niderland hökuməti bu cür layihələrə 4,5 mlrd. avrodan çox investisiya yatırıb. Geri dön |