Ana Sayfa > Dünya > Türkiyə Rusiya qazının idxalını kəskin artırıb
Türkiyə Rusiya qazının idxalını kəskin artırıb28-10-2021, 12:22. Yazar: admin |
Bu ilin yanvar-avqust aylarında Rusiyadan Türkiyəyə 18 790,65 mln. kubmetr "mavi yanacaq" ixrac olunub ki, bu da illik müqayisədə 2,7 dəfə çoxdur. "APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalarına görə, yanvar-avqust aylarında Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb. Məlumata görə, Türkiyə 2020-ci ilin yanvar-avqust aylarında Rusiyadan 6 891,94 mln. kubmetr qaz idxal edib. Qeyd olunur ki, cari ilin avqust ayında Türkiyə Rusiyadan 2 080,92 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 51,9% çoxdur. Xatırladaq ki, 2020-ci ildə Rusiyadan Türkiyəyə 16 176,34 mln. kubmetr "mavi yanacaq" ixrac olunub. Geri dön |