Ana Sayfa > Dünya > Ağ Ev Kennedi sui-qəsdi ilə bağlı sənədləri yayacağı tarixi açıqladı
Ağ Ev Kennedi sui-qəsdi ilə bağlı sənədləri yayacağı tarixi açıqladı24-10-2021, 13:13. Yazar: admin |
Ağ Ev dekabrın 15-də keçmiş prezident Con Kennediyə sui-qəsdlə bağlı sənədləri yayımlayacağını açıqlayıb. Qeyd olunub ki, koronavirus pandemiyası ilə bağlı yaranmış bir sıra çətinliklər sənədlərin redaktə müddətini uzadıb. Buna görə də sənədlərin bir qismi dekabrın 15-də, digərləri isə bir il ərzində yayımlanmağa hazır vəziyyətə gətiriləcək. Xatırladaq ki, Con Kennedi 54 il əvvəl, 1963-cü ilin 22 noyabrında Texas ştatının Dallas şəhərində öldürülüb. Mənbə: Haber Global Geri dön |