Ana Sayfa > Dünya > “İrəvan Bakının təklif etdiyi masaya əyləşmək zorundadır” – Kreml sözçüsü nə demək istəyib?

“İrəvan Bakının təklif etdiyi masaya əyləşmək zorundadır” – Kreml sözçüsü nə demək istəyib?


22-10-2021, 11:48. Yazar: admin

“İrəvan Bakının təklif etdiyi masaya əyləşmək zorundadır” – Kreml sözçüsü nə demək istəyib?
"Zaxarovanın dediklərindən bu nəticəyə gələ bilərik ki, Moskva Bakı və Ankaranın irəli sürdüyü "3+3” formatının tezliklə reallaşmasını istəyir. "3+3” formatının reallaşmasını şərtləndirən amillər var. Məsələn, sərhədlərin delimitasiyası, kommunikasiyanın bərpası (Zəngəzur dəhlizi daxil olmaqla), Bakının şərtləri çərçivəsində sülh sazişinin imzalanması və s”.

Bu sözləri Sfera.az açıqlamasında siyasi şərhçi Asif Nərimanlı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın "Rusiya Cənubi Qafqaz üzrə 3+3 formatının (Azərbaycan, Rusiya, Türkiyə, İran, Ermənistan, Gürcüstan) ən yaxın zamanda işə salınacağını təxmin edir” sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Moskvanın platformanın reallaşmasını tezləşdirmək istəyi İrəvanın bizim şərtlərimizin yer aldığı masaya əyləşməyə məcbur olması deməkdir:

"Hətta əməkdaşlıq platformasının ilkin dövrdə 2+2 formatında olması da mümkündür. Yəni Türkiyə-Rusiya və Azərbaycan-Ermənistanın iştirakı ilə platforma öz işinə başlaya bilər. İran və Gürcüstan isə prosesə sonradan qoşula bilərlər.

Nəticə etibarilə, İran təzyiq yolu ilə regiondakı vəziyyəti dəyişdirə bilməyəcəyini anladı. Bu baxımdan, Tehranın formata qoşulması ehtimalı güclənir. Gürcüstana gəldikdə isə deyə bilərəm ki, birbaşa olmasa da, rəsmi Tiflis hansısa formada iştirakının zəruri olduğunu anlayır”.
Geri dön