Ana Sayfa > Dünya > İranda DƏHŞƏT: 5 ticarət gəmisi yandı

İranda DƏHŞƏT: 5 ticarət gəmisi yandı


5-08-2021, 13:02. Yazar: admin
İranda DƏHŞƏT: 5 ticarət gəmisi yandı

İranın cənubunda yerləşən Buşehr vilayətinin Genave limanında 5 ədəd kiçik ticarət gəmisi yanıb.

Bunu İranın Genave rayonu qubernatoru Qulamrza Mehrcu deyib.

Q.Mehrcunun sözlərinə görə, hadisə nəticəsində 4 məhsulla dolu gəmi və bir boş gəmi tamamilə yanıb.

Yanğının digər gəmilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu limanda mindən çox yük gəmisi yan alır. //Trend.az
Geri dön