Ana Sayfa > Dünya > "Kadın" serialının aktrisası da cinsi istismara məruz qalıb- Etiraf

"Kadın" serialının aktrisası da cinsi istismara məruz qalıb- Etiraf


30-06-2021, 16:26. Yazar: admin
"Kadın" serialının aktrisası da cinsi istismara məruz qalıb- Etiraf

Babası tərəfindən cinsi istismara məruz qaldığını açıqlayan aktrisa Hafsanur Sancaktutandan sonra həmkarı, "Kadın" serialının Şirini Seray Kaya da oxşar hadisənin qurbanı olduğunu etiraf edib.

Musavat.com xəbər verir ki, o, bununla bağlı sosial media hesabında paylaşım edib. Aktrisa bildirib ki, dostunun atası tərəfindən cinsi istismara məruz qalıb:

"Mən də uşaq idim. Ailəmə deməkdən çox qorxdum və susdum. Dostumun atası tərəfindən dəfələrlə məruz qaldığım cinsi istismara görə günahkar deyiləm. Artıq qorxmuram. Bir-birimizin səsi olmağa davam edəcəyəm və istismara məruz qalan, eşidilməyən uşaqlar üçün səs olacağam".

Qeyd edək ki, 7 və 9 yaşlı qızını ögey atası ilə birgə satan ananın sərbəst buraxılması Türkiyə gündəmini zəbt edib. Bundan sonra sosial şəbəkədə məşhurlar etiraz ismarıcları paylaşmağa başlayıb.


Geri dön