Ana Sayfa > Dünya > Dünyada son sutkada koronavirusa 808 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 808 mindən çox yoluxma qeydə alınıb


3-05-2021, 06:11. Yazar: admin
Dünyada son sutkada koronavirusa 808 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 808 563 nəfər koronavirusa yoluxub, 12 870 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 151 803 822 yoluxma hadisəsi, 3 186 538 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın, demək olar ki, 48 faizi Cənub-Şərqi Asiyanın (408 382) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (208 359) ilə Avropa (129 182) bölüşür.
Geri dön