Ana Sayfa > Dünya > Nyu-Yorkda könüllü “koronavirus pasportları” tətbiq edilib

Nyu-Yorkda könüllü “koronavirus pasportları” tətbiq edilib


28-03-2021, 07:44. Yazar: admin
Nyu-Yorkda könüllü “koronavirus pasportları” tətbiq edilib

Nyu-York ABŞ-ın koronavirusa qarşı vaksinasiyanı təsdiqləyən könüllü rəqəmsal pasport tətbiq edilən ilk ştatı olub.

Bu barədə ştatın qubernatoru Endryu Kyomo “Twitter” hesabında yazıb.

Sözügedən pasport QR kod şəklində olacaq.

Müvafiq kodu əldə etmək üçün “Apple Store” və “Google Play Store”dan istifadə olunacaq.
Geri dön