Ana Sayfa > Dünya > Əsəd çökür: Nazir ölkədən qaçdı
Əsəd çökür: Nazir ölkədən qaçdı2-05-2015, 11:16. Yazar: admin |
Suriyanın Daxili İşlər naziri Məhəmməd Alşaar ailəsi ilə birlikdə Livana qaçıb. Axar.az xəbər verir ki, bu barədə Suriyada müxalif qüvvələrə yaxın olan Orient kanalı Livan qaynaqlarına istinadən məlumat yayıb. Məlumatda Əsəd rejiminin müxalif qüvvələr qarşısında böyük itkilər verməsindən sonra ölkənin daxili işlər nazirinin Livana qaçdığı iddia edilib. Kanal baş verən hadisələri Əsəd rejiminin sonunun gəlməsi kimi qiymətləndirib. Geri dön |