Ana Sayfa > Dünya > İraqda İŞİD-in 27 terrorçusu məhv edilib

İraqda İŞİD-in 27 terrorçusu məhv edilib


25-03-2021, 07:47. Yazar: admin
İraqda İŞİD-in 27 terrorçusu məhv edilib

İraqın Silahlı Qüvvələrinin komandanlığı ölkənin böyüklüyünə görə ikinci şəhəri olan Mosulun yaxınlığındakı dağlıq Maxmur rayonunda İŞİD terror təşkilatının 27 silahlısının məhv edildiyini bildirib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, artıq iki həftədir davam edən əməliyyatda İŞİD-lə mübarizə üzrə Beynəlxalq koalisiya qüvvələrinin helikopterləri, təyyarələri və İraqın Hərbi Hava Qüvvələri cəlb olunub.

İraqın Silahlı Qüvvələrinin mətbuat katibi general Yəhya Rəsul bildirib ki, öldürülmüş terrorçuların sayı son deyil, çünki hava zərbələrindən sonra dağıntılar altından bütün silahlıların meyitləri çıxarılmayıb.
Geri dön