Ana Sayfa > Dünya > Avropanın 22 ölkəsində mutasiyaya uğramış koronavirusa yoluxma qeydə alınıb
Avropanın 22 ölkəsində mutasiyaya uğramış koronavirusa yoluxma qeydə alınıb7-01-2021, 15:22. Yazar: admin |
Avropanın 22 ölkəsində yeni növ koronavirusun mutasiyaya uğramış variantı olan SARS CoV-2 (VOC) aşkar olunub. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisinin direktoru Hans Kluqe mətbuat brifinqində bildirib. “Bütün viruslar kimi, zamanla COVID-19 virusu da dəyişdi. SARS CoV-2 (VOC) variantının potensial təsiri barədə narahatlığı anlayıram. ÜST-ün Avropa regionu üzrə ofisi virusun yeni variantını 22 ölkədə aşkar edib”, - deyə o vurğulayıb. Hans Kluqenin sözlərinə görə, bu virus daha sürətlə yayılsa da onun insan orqanizminə daha öldürücü təsiri qeydə alınmayıb. O qeyd edib ki, bütün yaş kateqoriyalarında SARS CoV-2 (VOC) virusuna yoluxma qeydə alınıb, uşaqlar yoluxma zamanı risk altında deyil. Yoluxmanın daha çox Böyük Britaniya və Danimarkada qeydə alındığı bildirilib. ÜST-ün Avropa regionu üzrə ofisinin məlumatına görə, 2020-ci ildə regionun 53 ölkəsində 26 milyondan çox insan koronavirusa yoluxub, 580 mindən çox insan bu xəstəlikdən vəfat edib. Geri dön |