Ana Sayfa > Dünya > Bəşər Əsədin açıqlamasından sonra terrorçular İdlibə 17 dəfə hücum edib
Bəşər Əsədin açıqlamasından sonra terrorçular İdlibə 17 dəfə hücum edib5-01-2021, 12:21. Yazar: admin |
“Cəbhət ən-Nusra” terror qruplaşması Suriyanın İdlib bölgəsindəki birsıra cəmləşmə rayonlarına ardıcıl 17 dəfə hücum əməliyyatı təşkil edib. APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Barışıq Mərkəzinin rəis müavini kontr-admiral Vyaçeslav Sıtnik bildirib. O qeyd edib ki, “Cəbhət ən-Nüsrə” terror qrupunun üzvlərinin öz mövqelərindən İdlib istiqamətinə 17 hücumu qeydə alınıb. RİA Novosti-nin məlumatına görə, hücumlardan :10-u İdlibin mərkəzi hissəsinə, 5-i Latakiyaya, 1-i Hama əyalətinə, 1-i isə Hələbə yönəldilib. Qeyd edək ki, terrorçuların hücumu Suriya Prezidenti Bəşər Əsədin ölkədəki gərginliklə bağlı verdiyi açıqlamadan sonra gerçəkləşib. Əsəd bildirib ki, Suriyada müharibə hələ də bitməyib: “Terrorçuların liderləri bunu uzun müddət davam etdirmək niyyətindədirlər”. Geri dön |