Ana Sayfa > Dünya > Rusiya FHN mütəxəssisləri humanitar missiya ilə Azərbaycana gəlir
Rusiya FHN mütəxəssisləri humanitar missiya ilə Azərbaycana gəlir4-01-2021, 16:17. Yazar: admin |
Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) 20 nəfərdən ibarət mütəxəssisi Dağlıq Qarabağda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi vəzifəsinin yerinə yetirilməsi üçün “IL-76” təyyarəsi ilə Azərbaycana doğru istiqamət alıblar. “Report” Rusiya FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 nəfərdən ibarət olan qrupa pirotexniklər və xilasedicilər daxildir. Eyni zamanda təyyarənin göyərtəsində 3 ədəd minatəmizləyən texniki robot avandanlığı da var. Humanitar missiya çərçivəsində pirotexniklər Ağdam rayonunda işləyəcəklər. Geri dön |