Ana Sayfa > Dünya > Jirinovski Putinin yerinə gələ biləcək şəxsləri açıqladı

Jirinovski Putinin yerinə gələ biləcək şəxsləri açıqladı


28-12-2020, 18:47. Yazar: admin
Jirinovski Putinin yerinə gələ biləcək şəxsləri açıqladı

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovksi Rusiyanın gələcəkdə prezidenti ola biləcək şəxsləri sadalayıb.

Bu barədə V.Jirinovski “Rossiya 1” telekanalının efirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu posta namizəd Baş nazir Mixail Mişustin, Müdafiə naziri Sergey Şoyqu, Moskva meri Sergey Sobyanin, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko və Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev ola bilər.

Bundan əlavə V.Jirinovski 2024-cü ildə özünün də prezident seçkilərində namizəd olacağını qeyd edib.
Geri dön