Ana Sayfa > Dünya > Ərdoğan: “Çindən Türkiyəyə ilkin mərhələdə 4,5 milyon doza COVID-19 peyvəndi gətiriləcək”
Ərdoğan: “Çindən Türkiyəyə ilkin mərhələdə 4,5 milyon doza COVID-19 peyvəndi gətiriləcək”25-12-2020, 16:11. Yazar: admin |
Çin Xalq Respublikasından (ÇXR) Türkiyəyə ilkin mərhələdə 4,5 milyon doza COVID-19 peyvəndi gətiriləcək. APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib. O deyib ki, ÇXR ilə əldə edilən razılaşma əsasında Türkiyəyə ümumilikdə 50 milyon doza peyvənd gətiriləcək. Türkiyə Prezidenti ölkə əhalisinə koronavirusdan müdafiə üçün peyvənd olunmağı tövsiyə edib. O, özünün də COVID-19-a qarşı peyvənd olunacağını vurğulayıb. Ərdoğan yeni il bayramı zamanı COVID-19-a qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı gələn həftə nazirlərlə birgə iclas keçirəcəyini də qeyd edib. Geri dön |