Ana Sayfa > Dünya > İngiltərə Putinin gizli sərvətinin yerini deyəcək -Soyuq müharibə

İngiltərə Putinin gizli sərvətinin yerini deyəcək -Soyuq müharibə


12-03-2015, 09:28. Yazar: admin
 İngiltərə Putinin gizli sərvətinin yerini deyəcək -Soyuq müharibə
Analitik.az xəbər verir ki, Rusiya ilə Ukrayna böhranının davam etdiyi ərəfədə İngiltərə Xarici İşlər Naziri Filip Hammond, Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafındakı oliqarxların sərvəti haqda açıqlama verəcəklərini bildirib. O da bildirilib ki, Putin daşınmaz əmlak və milyonlarını yaxın çevrəsindəki oliqarxların adlarına xaricdə saxlayır.

Hammond, Putinin sürətli bir şəkildə Rusiya ordusunu modernləşdirdiyini, bunun isə İngiltərənin milli təhlükəsizliyini təhdid etdiyini də əlavə edib.

Xatırladaq ki, Avropa Birliyi ötən ilin ortalarından indiyədək 151 Rusiya vətəndaşının Avropa İttifaqı ölkələrindəki bank hesablarını dondurub. Putinin rəsmi varidatı ilə bağlı sənədlərdə isə, ildə 150 min dollar həcmində maaş və 3 ədəd maşın göstərilir. Bəzi ekspertlər isə Putinin 200 milyard dollara çatan sərvətinin olduğunu vurğulayırlar. Qeyd edək ki, dünyanın ən zəngin adamı sayılan Bill Qeytsin 79 milyard dollar sərvəti var.

Geri dön