Ana Sayfa > Dünya > ABŞ-da təyyarə qəzası yanğına səbəb olub, ölən var

ABŞ-da təyyarə qəzası yanğına səbəb olub, ölən var


13-11-2020, 02:34. Yazar: admin
ABŞ-da təyyarə qəzası yanğına səbəb olub, ölən var

ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, hadisə Los-Ancelesdə qeydə alınıb.

Qeyd edilir ki, “Cessna 172” təyyarəsi Los-Ancelesin şimal hissəsində, “Whiteman Airport”da qəza enişi edib. Qəza nəticəsində pilot həlak olub.

NBS telekanalı isə bildirib ki, hadisə zamanı bir neçə avtomobil yanıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.
Geri dön