Ana Sayfa > Dünya > Ermənistan prezidentdən növbəti sərsəm açıqlamalar

Ermənistan prezidentdən növbəti sərsəm açıqlamalar


29-04-2015, 09:49. Yazar: admin
Ermənistan prezidentdən növbəti sərsəm açıqlamalar
“Biz hazırkı Türkiyə rəhbərliyini “soyqırım” törətməkdə günahlandırmırıq”.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Birinci kanalı”nda Vladimir Poznerin qonağı olan Serj Sərkisyan deyib. O, Türkiyəni “soyqırım” yükündən xilas olmağa çağırıb:

“Hazırkı Türkiyə rəhbərliyini “soyqırım” törətməkdə günahlandırmırıq. Ancaq Türkiyə “soyqırım”ı inkar etməklə faciənin tərəfi mövqeyinə gəlir. Ankaranı kürəyindəki bu yükdən xilas olmağa dəvət edirik”.

Sərkisyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 1915-ci il hadisələrini birgə anmaq üçün İrəvana dəvət etdiyini də xatırladıb:

“Prezident Ərdoğanı İrəvana faciəni birlikdə anmağa dəvət etdim. Bununla bu cür hadisələrin təkrar baş verməsinin qarşısını ala biləcəyimizi düşündüm. Ərdoğanın dəvəti qəbul etməyəcəyinə yüz faiz əmin idim. Ancaq onu dəvət etməyi özümə borc bildim”.

Geri dön