Ana Sayfa > Dünya > Hakerlər Trampın seçki kampaniyasının saytını sıradan çıxarıb
Hakerlər Trampın seçki kampaniyasının saytını sıradan çıxarıb29-10-2020, 04:04. Yazar: admin |
ABŞ prezidenti Donald Trampın seçki qərargahından verilən məlumata görə, kampaniyanın saytına haker hücumu olub. “Bu axşam erkən saatlara D.Trampın seçki kampaniyasının veb saytı sıradan çıxardılıb. Biz hüquq-mühafizə orqanları ilə hücumun mənbəyinin araşdırılması üzərində işləyirik”, - Ağ Ev başçısının seçki kampaniyasının mətbuat katibi Tim Mertau özünün “Twitter”dəki səhifəsində yazıb. T.Mertau əlavə edib ki, hakerlər məxfi məlumatlara giriş əldə edə bilməyiblər. “Saytın işi artıq bərpa edilib”, - deyə, o bildirib. Geri dön |