Ana Sayfa > Dünya > Suriya İnsan Haqları Monitorinq mərkəzi: Erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşmək üçün Ermənistana aparılıb

Suriya İnsan Haqları Monitorinq mərkəzi: Erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşmək üçün Ermənistana aparılıb


1-10-2020, 14:14. Yazar: admin
Suriya İnsan Haqları Monitorinq mərkəzi: Erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşmək üçün Ermənistana aparılıb

Erməni əsilli suriyalı döyüşçülər Suriyadan Ermənistana aparılıb.

APA-nın xəbərinə görə, bu barədə Suriya İnsan Haqları Monitorinq mərkəzi (Syrian Observatory Human Rights - SOHR) bildirib.

"Etibarlı mənbələr SOHR-ə bildiriblər ki, erməni əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşlərdə istifadə üçün Ermənistan tərəfindən Ermənistana aparılıb", - deyə təşkilatın məlumatında qeyd edilir.

Mərkəz bəzi media mənbələrində 4000 suriyalı döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib.

"Çox etibarlı SOHR mənbələri Suriyadan 4000-ə yaxın döyüşçünün Azərbaycana gətirilməsi ilə bağlı KİV-də yayılan xəbərlərin tamamilə yalan olduğunu təsdiqləyir", - deyə Suriya İnsan Haqları Monitorinq mərkəzi təşkilatı vurğulayıb.
Geri dön