Ana Sayfa > Dünya > Türkiyə Qara dənizə ikinci qazma gəmisini göndərir
Türkiyə Qara dənizə ikinci qazma gəmisini göndərir14-09-2020, 10:53. Yazar: admin |
Türkiyə kəşfiyyat işlərinin aparılması məqsədilə ikinci qazma gəmisini Qara dənizə göndərəcək. "APA-Economics"in məlumatına görə, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez "Twitter" hesabında yazıb. "Hazırlıq işlərini davam etdirən "Kanuni" gəmimiz Qara dənizdə qazma işlərinə başlayacaq və "Fatih"in gücünə güc qatacaq", - nazir qeyd edib. Xatırladaq ki, bu ilin iyul ayında "Fatih" qazma gəmisi Türkiyənin Qara dənizdəki "Tuna-1" sahəsində qazma işlərinə başlayıb. Sözügedən gəmi türk sahillərindən təxminən 100 dəniz milində 320 mlrd. kubmetr həcmində qiymətləndirilən təbii qaz yatağı kəşf edib. Geri dön |