Ana Sayfa > Dünya > Gürcüstanda kütləvi tədbirlərin keçirilməsinə yenidən qadağa qoyulub
Gürcüstanda kütləvi tədbirlərin keçirilməsinə yenidən qadağa qoyulub9-09-2020, 12:22. Yazar: admin |
Gürcüstanda yubileylər, toylar, şənliklər və digər bu kimi kütləvi tədbirlərin keçirilməsi sabahdan etibarən qadağan ediləcək. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili bildirib. Onun sözlərinə görə, müvafiq qərar Gürcüstan Qurumlararası Koordininasiya Şuraslı tərəfindən qəbul edilib: "Məhdudiyyət qapalı məkanlarda hələ də qüvvədə idi, lakin sabahdan etibarən açıq məkanlarda da bu cür tədbirlərin keçirilməsinə qadağa qoyulacaq". Geri dön |