Ana Sayfa > Dünya > Tramp İraqdakı hərbçilərin sayının azaldılmasını təsdiqlədi
Tramp İraqdakı hərbçilərin sayının azaldılmasını təsdiqlədi30-08-2020, 11:10. Yazar: admin |
ABŞ prezidenti Donald Tramp şənbə günü Amerika səlahiyyətlilərinin İraqdakı əsgər sayını azaltmaq barədə planlarını dəstəkləyib. “Report” xəbər verir ki, bu barədə Tramp “Twitter” hesabında yazıb. “ABŞ İraqdakı hərbi mövcudluğunu azaltmağı planlaşdırır” deyə, o yazıb ABŞ İraqda təxminən 5 200 hərbi qulluqçu saxlayır. Tramp adminstrasiyası qoşunların sayını 3 500-ə endirmək istəyir. Qeyd olunub ki, amerikalı hərbçilərin sayının azaldılmasına səbəb İŞİD-dən gələn təhlükənin aradan qaldırılması istiqamətində əhəmiyyətli irəliləyişin əldə olunmasıdır. Xatırladaq ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqda terrorçulara qarşı 2014-cü ildən bəri əməliyyat keçirir. Geri dön |