Ana Sayfa > Dünya > Gürcüstanda dövlət bayraqları endirilib
Gürcüstanda dövlət bayraqları endirilib25-08-2020, 10:23. Yazar: admin |
Gürcüstan Baş naziri Giorgi Qaxarianın imzaladığı qərara əsasən, bu gün bütün ölkə ərazisində Duşeti bələdiyyəsində baş verən faciəvi qəzanın qurbanlarının xatirəsinə ehtiram olaraq matəm günü elan edilib. APA-nın yerli bürosu xəbər verir ki, matəm günü ilə əlaqədar ölkə ərazisində bütün inzibati binalarda dövlət bayraqları endirilib. Qeyd edək ki, avqustun 23-də Gürcüstanın Duşeti bələdiyyəsində mikroavtobusun 80 metr yüksəklikdən uçuruma yuvarlanması nəticəsində 17 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb. Geri dön |