Ana Sayfa > Dünya > Türkiyədə şəhər rəhbəri koronavirusa yoluxdu

Türkiyədə şəhər rəhbəri koronavirusa yoluxdu


17-08-2020, 15:36. Yazar: admin
Türkiyədə şəhər rəhbəri koronavirusa yoluxdu

Türkiyənin Antalya şəhərinin bələdiyyə sədri Muhittin Böcek koronavirusa yoluxub.

Oxu.Az xəbər verir ki, M.Böcek bu barədə öz “Twitter” hesabında məlumat yayıb.

“Bu gün koronavirus testimin nəticəsi müsbət oldu. İndi özümü yaxşı hiss edirəm, əhvalım yüksəkdir. Mən xəstəxanada təcrid olunmuşam, həkimlər vəziyyətimi izləyirlər”, - M.Böcek sosial şəbəkə hesabında yazıb.

O, hamıya maska taxmağı, sosial məsafə saxlamağı və təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edib.
Geri dön