Ana Sayfa > Dünya > İki Avropa ölkəsində koronavirusun ikinci dalğa təhlükəsi

İki Avropa ölkəsində koronavirusun ikinci dalğa təhlükəsi


5-08-2020, 07:13. Yazar: admin

İki Avropa ölkəsində koronavirusun ikinci dalğa təhlükəsi
Almaniyada koronavirusun gözlənilən ikinci dalğası artıq başlayıb.

“Augsburger Allgemeine” xəbər verir ki, ikinci dalğanın mart-aprel aylarında olan birinci dalğaya nisbətən daha yüngül olduğu bildirilir.

Buna baxmayaraq, yoluxma sayı artmaqdan davam edir.

Estoniyanın Səhiyyə Departamenti də ölkədə koronavirusun ikinci dalğası barədə məlumat yayıb.

Ölkədə avqustun 6-dan koronavirusa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi gözlənilir.
Geri dön