Ana Sayfa > Dünya > Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirilib
Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirilib30-07-2020, 14:09. Yazar: admin |
![]() Ermənistanda kənd təsərrüfatı məhsulları bazarının tacirləri Yerevanda Nazirlər Kabinetinin binası qarşısında etiraz aksiyası keçiriblər. “Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb. Bildirilib ki, onlar iyulun 30-da səhər saatlarında Ermənistan İqtisadiyyat Nazirliyinin binası qarşısına toplaşıb və oradan hökumət evinə sarı yollanıblar. Aksiya iştirakçıları yaşayış yerlərinə yaxın ərazidəki bazarın bağlanmasına etiraz ediblər. Geri dön |