Ana Sayfa > Dünya > Gürcüstanda yeni dərs ilinin vaxtında bərpa olunacağı gözlənilir
Gürcüstanda yeni dərs ilinin vaxtında bərpa olunacağı gözlənilir30-07-2020, 12:12. Yazar: admin |
![]() Gürcüstanda tədris prosesinin bərpasının təxirə salınması planlaşdırılmır. “Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib. Nazirin sözlərinə görə, hazırkı mərhələdə dərslərin vaxtında bərpa olunacağını demək olar: “Yekun qərar epidemioloji vəzyyəti nəzərə almaqla veriləcək. Vəziyyətin inkişafından asılı olaraq məktəb və uşaq bağçalarında tədrisin bərpası ilə bağlı qərar Təhsil Nazirliyi ilə birgə qəbul olunacaq”. Qeyd edək ki, qonşu ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır. Geri dön |