Ana Sayfa > Dünya > Avropa koronavirusun ikinci dalğasına daha ciddi hazırlaşır

Avropa koronavirusun ikinci dalğasına daha ciddi hazırlaşır


28-07-2020, 15:24. Yazar: admin

Avropa koronavirusun ikinci dalğasına daha ciddi hazırlaşır
Avropa ölkələri COVİD-19 pandemiyasının ikinci dalğasına daha ciddi və aktiv şəkildə hazırlaşırlar.Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Guardian” qəzetiməlumat yayıb.

Qəzetin mövzuya həsr olunan xüsusi yazısında Avropa dövlətlərinin milyonlarla insanın məzuniyyətə getdiyi bir zamanda yeni məhdudlaşdırıcı tədbirlərə baş vurağı göstərilib. Məsələn İspaniyanın Kataloniya bölgəsinin hakimiyyəti ikinci partlayışın 10 gün içində nəzarət altına alınmaması təqdirdə ictimaihəyatın bir çox sahələrinin qapanmasına gətirib çıxaran “lokdaun” tədbirlərini görəcəklərini açıqlayıb.

Son iki həftədə Kataloniyada 8 min yeni yoluxma halı müşahidə edilib. Bu eyni dövr ərzində İspaniyada qeydə alınan halların yarısını təşkil edir. Kataloniya hökumətinin rəhbəri Kim Torra vəziyyətin kritik olduğunu bildirərək gəncləri bar, gecə klubları kimi kollektiv şəkildə toplanılan əyləncə mərkəzlərindən qaçmağa çağırıb. Kataloniya hökuməti iki həftəliyə bütün gecə klublarını artıq qapadıb, Barselona və Leyde şəhərlərində gecə saatlarında kommendant saatını tətbiq edib.

Almaniyada da səhiyyə naziti Yens Şpan son günlərdəartan yoluxma hallarndan narahatolduqlaırnı açıqlayıb. O, epidemiyanın tüğyan etdiyi yerlərə gedən və oradangələn bütün vətəndaşların məcburi testdən keçiriləcəyini söyləyib.

Fransada Səhiyyə nazirliyi gənclər arasında yoluxmanın şiddətləndiyini bildirərərk, hər kəsi maska taxmağa, əllərini tez-tez yumağa çağırıb.

Yunanıstanda supermarketlər qarışıq bütün qapalıməkanlarda maska taxmaq məcburi hala gətirlib. Lakin bu belə infeksiyaya məruz qalanlar arasında azalmaya gətirib çıxarmır. Səhiyyə naziri Stelios Pestasartıq kilsələrə də eyni məhdudiyyətlərin gətiriləcəyini anons edib. Ölkədə ictimai nəqliyyatda maska taxmamağa görə 150 avro miqdarında cərimə müəyyənolunub.

Belçika hakimiyyəti isə “ikinci tam lokdaun”u tətbiq etməyə hazırlaşır. Son bir həftədə burada koronavirusla yoluxmada 71%-lik artım(bir gündə 279) müşahidə edilib. Antverpen şəhərində isə bu rəqəm 500%-ə belə gəlib çatıb. Belçikada ən çox yoluxma halı bu ilin aprelində (1000) təsbit olunmuşdu. Beıçika Təhlükəsizlik şurası 6 saatlıq müzakirələrdən sonra artıq mövcud vəziyyətlə əlaqər müvafiq qərarını açıqlayıb.

Baş nazir Sofi Vilmes hökumətinbütün vəchlə situasiyanı nəzarətdə saxllmaağa çalışdığını bildirib. O, məktəblərin dərs ilinin başlanğıcına qədər açılmasının mümkünsüz olduğunu söyləyib. Belçikada sosial kontaktların sayı bir ailə üçün 5 nəfərə qədər məhdudlaşdırılıb. Eyni qapalı bölgədə insanlaırn qrup halında hərəkəti qadağan edilib. Ticarət mərkəzində isə bir adam yalnız 30 dəqiqə qala bilər.

Musavat.com
Geri dön