Ana Sayfa > Dünya > Yanğınsöndürənləri gözləməyən onlarla hotel işçisi xəstəxanalıq oldu

Yanğınsöndürənləri gözləməyən onlarla hotel işçisi xəstəxanalıq oldu


22-07-2020, 12:11. Yazar: admin
Yanğınsöndürənləri gözləməyən onlarla hotel işçisi xəstəxanalıq oldu

Türkiyənin turizm şəhəri Bodrumda yanğını söndürməyə çalışan 15 hotel işçisi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

“HaberGlobal” məlumat verir ki, əsən güclü külək elektrik xətlərini yerindən qoparıb, nəticədə, hotel ərazisindəki ağaclar və kotteclərin üzərinə düşən xətlər ərazidə güclü yanğına səbəb olub.

Yanğınsöndürən briqadaların əraziyə gəlməsini gözləməyən hotel işçiləri alovu söndürməyə çalışıblar. Bu zaman yanğın təhlükəsizliyi qaydalarına riayət etməyən əməkdaşlardan 15 nəfəri xəsarət alıb.



Geri dön