Ana Sayfa > Dünya > Rusiya KİV-də keçirilən sorğuda çoxluq Moskvanın Bakını dəstəkləməli olduğunu hesab edib
Rusiya KİV-də keçirilən sorğuda çoxluq Moskvanın Bakını dəstəkləməli olduğunu hesab edib20-07-2020, 03:15. Yazar: admin |
![]() Rusiyanın "Vzqlyad" qəzeti öz saytında "Rusiya Ermənistan-Azərbaycan münaqişəsində kimi dəstəkləməlidir" mövzusunda sorğu keçirib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu vaxta kimi sorğuda 23 362 nəfər iştirak edib. Sorğunun nəticələrinə görə, respondentlərin 30,37%-i hesab edir ki, bu münaqişədə Moskva Bakını dəstəkləməlidir. Sorğu iştirakçılarının 16,63%-i isə Ermənistanı dəstəkləməli olduğunu fikirləşir. Respondentlərin 52,99%-i hesab edir ki, Rusiya münaqişə tərəflərindən heç birini dəstəkləməli deyil. Geri dön |