Ana Sayfa > Dünya > Yaşlı cütlük koronavirusdan qorunmaq üçün kosmonavt paltarı geyindi

Yaşlı cütlük koronavirusdan qorunmaq üçün kosmonavt paltarı geyindi


12-07-2020, 18:50. Yazar: admin
Yaşlı cütlük koronavirusdan qorunmaq üçün kosmonavt paltarı geyindi

Latın Amerikası ölkəsi olan Braziliyada yaşlı cütlüyün koronavirusdan qorunmaq üçün kosmonavt paltarı geyinərək sahildə gəzişməsi görənləri təəcübləndirib.

Musavat.com xəbər verir ki, maraqlı olay ölkənin ən məşhur sahillərindən biri olan "Copacabana"da baş verib.

66 yaşlı Tercino və 65 yaşlı Aliseya Galdiano küçəyə çıxarkən özlərini virusdan qorumaq üçün kosmonavt paltarı geyiniblər. Cütlük bu geyimdə sahildə gəzişiblər. Ətrafdakılar onların bu addımını təəccüblə qarşılayıb.

Qeyd edək ki, Braziliya hazırda dünyada ABŞ-dan sonra koronavirusdan ən çox əziyyət çəkən ikinci ölkədir. Bu günə qədər ölkədə 1.842.127 nəfər koronavirusa yoluxub, 71.515 nəfər isə virusdan dünyasını dəyişib.
Geri dön