Ana Sayfa > Dünya > Meyiti tapılan merin qan donduran vəsiyyətnaməsi

Meyiti tapılan merin qan donduran vəsiyyətnaməsi


10-07-2020, 12:38. Yazar: admin

Meyiti tapılan merin qan donduran vəsiyyətnaməsi
Cənubi Koreyanın paytaxtı Seul şəhərinin meri Pak Von Sunun ölümündən əvvəl yazdığı məktubun mətni dərc olunub.

Bu barədə yerli “Yönhap” agentliyi məlumat yayıb.

Mer məktubunda ölümünə görə xalqından və ailəsindən üzr istəyərək, meyiti kremasiya olunandan sonra külünü valideynlərinin məzarı üstünə səpməyi vəsiyyət edib.

Qeyd edək ki, ötən gün Seul şəhərinin meri itkin düşmüşdü.

Hüquq-mühafizə orqanlarının apardığı axtarışlar nəticəsində 64 yaşlı Pak Von Sunun meyiti paytaxtın yaxınlığında yerləşən meşə zolağından tapılmışdı. Cəsədin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.
Geri dön