Ana Sayfa > Dünya > Moskvada konsert keçirilməsinə icazə veriləcək
Moskvada konsert keçirilməsinə icazə veriləcək9-07-2020, 15:34. Yazar: admin |
![]() Avqustun 1-dən etibarən Rusiyanın paytaxtı Moskvada kinoteatrlar açılacaq və şəhərdə konsertlər keçirilməsi mümkün olacaq. “Report” RBK-ya istinadən xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin məlumat verib. “Ən çoxu 3 min yeri olan teatrların, kinoteatrların və konsert zallarının açılmasına icazə veriləcək. Yalnız salonlar 50%-dən çox dolmamalıdır”, - merin məlumatında deyilir. Eyni zamanda avqustun 1-dən idman tədbirlərində tribunaların 50%-dək (hazırda 10%-dir – red.) dolmasına icazə veriləcək. İyulun 13-dən etibarən isə Moskvada attraksionlar fəaliyyətini bərpa edəcək və parkların, mədəniyyət mərkəzlərinin, habelə diskotekaların fəaliyyətinə qoyulan məhdudiyyətlər aradan qaldırılacaq. Ziyarətçilərin sayı məkanın tutumunun 50%-dən çox olmamalıdır. Geri dön |