Ana Sayfa > Dünya > Kadırov Çeçenistanda toy məclislərinin keçirilməsinə icazə verdi

Kadırov Çeçenistanda toy məclislərinin keçirilməsinə icazə verdi


8-07-2020, 16:19. Yazar: admin

Kadırov Çeçenistanda toy məclislərinin keçirilməsinə icazə verdi
Çeçenistanda koronavirus pandemiyası ilə əlaqədar toy ziyafətlərinin keçirilməsinə qoyulan qadağa aradan qaldırılır.

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov bu barədə özünün “VKontakte” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Müsbət dinamikanı nəzərə alaraq, sosial məsafə tədbirlərinə riayət etməklə, toy mərasimlərinin keçirilməsinə və mərasim zallarının açılması barədə qərar qəbul etdim. Bu cür məkanlarda oturacaqların və masaların sayı iki dəfə azaldılmalıdır”, - R.Kadırov “VKontakte” hesabında yazıb.

Qeyd edək ki, Çeçenistanda 1 795 nəfərin koronavirusa yoluxduğu aşkar edilib.
Geri dön