Ana Sayfa > Dünya > Rusiyada yüksək vəzifəli məmur dövlətə xəyanətə görə həbs olunub

Rusiyada yüksək vəzifəli məmur dövlətə xəyanətə görə həbs olunub


8-07-2020, 01:57. Yazar: admin
Rusiyada yüksək vəzifəli məmur dövlətə xəyanətə görə həbs olunub

Rusiya Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbərinin informasiya siyasəti üzrə müşaviri İvan Safronov barəsində cinayət işi açılıb.

Lenta.ru-nun məlumatına görə, ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci (Dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Artıq məhkəmənin qərarı ilə İvan Safronov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, NATO-ya məlumat ötürməkdə ittiham olunur. İttiham təsdiqlənərsə, Safronovu 20 il müddətinə həbs gözləyir.
Geri dön