Ana Sayfa > Dünya / Mədəniyyət > Luvr muzeyi 4 ayliq fasilədən sonra açıldı

Luvr muzeyi 4 ayliq fasilədən sonra açıldı


6-07-2020, 13:35. Yazar: admin
Luvr muzeyi 4 ayliq fasilədən sonra açıldı

Dünyanın ən böyük incəsənət muzeylərindən biri olan Parisdəki Luvr muzeyi koronavirus pandemiyası səbəbi ilə bağlandıqdan, təxminən, 4 ay sonra qapılarını yenidən ziyarətçilər üçün açıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə muzeyin mətbuat xidmətindən məlumat verilib.

Muzeyin zallarının 70%-i ziyarət üçün açıq olacaq. Ziyarətçilər gücləndirilmiş sanitariya təhlükəsizliyi şəraitində muzeyə baş çəkə biləcəklər. Üstəlik, indi istisnasız olaraq bütün ziyarətçilər, hətta mövsümü biletlərin sahibləri və pulsuz keçid hüququ olanlar da saytda dəqiq vaxt üçün talon sifariş etməli olacaq. Muzeydən bildiriblər ki, nəzəri olaraq biletləri yerində almaq mümkün olacaq, ancaq bunun üçün həmin vaxt ziyarətçi axını az olmalıdır.

İndi ekspozisiyalara baxılması yalnız bir istiqamətdə olacaq. Zalları ziyarət marşrutları alternativsiz olacaq və ziyarətçi axınının kəsişməməsi üçün işarələrlə qeyd olunacaq. Təbii ki, bütün ziyarətçilər, o cümlədən də işçilər tibbi maskalar geyinməli və sosial məsafəni qorumalı olacaqlar.

Muzeyin direktoru Jan-Lük Martinez daha əvvəl ən yaxşı halda keçən yaydakı ziyarətçi sayının 20-30 faizini gözlədiyini söyləyib.

Xatırladaq ki, 2019-cu ildə Luvra 9,6 milyon insan gəlib, onların da ənənəvi olaraq 75%-ni xarici turistlər təşkil edib.
Geri dön