Ana Sayfa > Dünya > Türkiyədə koronavirus qurbanlarının sayı 5,2 mini ötdü
Türkiyədə koronavirus qurbanlarının sayı 5,2 mini ötdü4-07-2020, 22:56. Yazar: admin |
Bu gün Türkiyədə daha 20 nəfər koronavirusdan ölüb. “Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib. O, qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 206 nəfərə çatıb. Son gün ərzində COVID-19-a 1 154 nəfər yoluxub. Bununla da qonşu ölkədə koronavirus xəstələrinin ümumi sayı 204 610 nəfərə çatıb. Nazirin sözlərinə görə, ötən gün virusa yoluxmuş 1 214 pasiyent sağalaraq evə buraxılıb. Beləliklə, Türkiyədə ümumilikdə 179 492 pasiyent sağalıb. Geri dön |