Ana Sayfa > Dünya > Lukaşenko ABŞ-la daha güclü münasibətlər istədiyini açıqladı

Lukaşenko ABŞ-la daha güclü münasibətlər istədiyini açıqladı


4-07-2020, 18:23. Yazar: admin

Lukaşenko ABŞ-la daha güclü münasibətlər istədiyini açıqladı
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampa ölkənin müstəqillik günü münasibətilə göndərdiyi təbrik məktubunda Minsklə Vaşinqton arasında güclü və konstruktiv münasibətlərin yaradılması arzusunu dilə gətirib.

Bu barədə TASS yazıb.

A.Lukaşenko bu fikrinin Belarusun xarici siyasətinin əsas məqsədlərindən biri olduğunu qeyd edib.

Xatırladaq ki, 2008-ci ildə yaranmış diplomatik qalmaqaldan sonra hər iki dövlət digər ölkədəki səfirlərini geri çağırıblar.
Geri dön