Ana Sayfa > Dünya > Mədənçilər Prezident Administrasiyasına hücum çəkiblər
Mədənçilər Prezident Administrasiyasına hücum çəkiblər22-04-2015, 13:40. Yazar: admin |
Ukraynanın paytaxtı Kiyevdə minlərlə mədənçi etiraz aksiyası keçirir. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, minlərlə şaxtaçı Bankovaya küçəsində yerləşdirilən mühafizə kordonunu yararaq Prezident Administrasiyasının binasına daxil olublar. Sosial durumlarının çətinliyi ilə bağlı aksiya keçirən mədənçilər administrasiya binasını mühasirəyə alıblar. Əraziyə Ukrayna təhlükəsizlik qüvvələrinin əlavə hissələri cəlb olunub. Bundan öncə, Ukrayna mədənçilərinin 3-cü qurultayında energetika və kömür sənayesi naziri Vladimir Demçişin istefaya göndərilməsi ilə bağlı prezident Pyotr Poroşenkoya müraciət ünvanlanıb. Bununla yanaşı, mədənçilər Ukrayna hökumətindən mədən sənayesinə əlavə maliyyə ayırlmasını da tələb etmişdilər. Ukrayna hökuməti bu ilin sonuna qədər fəaliyyətdə olan 35 kömür mədənindən 3-nün bağlanacağını elan edib. Geri dön |