Ana Sayfa > Dünya > ABŞ-ın neft ehtiyatları kəskin azalıb - RƏSMİ

ABŞ-ın neft ehtiyatları kəskin azalıb - RƏSMİ


2-07-2020, 09:51. Yazar: admin
ABŞ-ın neft ehtiyatları kəskin azalıb - RƏSMİ
Ötən həftənin yekunlarına görə (22-26 iyun), ABŞ-ın kommersiya neft ehtiyatları 7,19 mln. barel artaraq 533,53 mln. barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 0,71 mln. barel azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
Geri dön