Ana Sayfa > Dünya > Rusiyada kommunal xidmətlər bahalaşıb
Rusiyada kommunal xidmətlər bahalaşıb1-07-2020, 12:03. Yazar: admin |
Bu gündən Rusiyada mənzil-kommunal xidmətlərinin tarifləri artıb. "APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ölkə üzrə orta artım 4% təşkil etdi. Rusiya hökuməti ölkənin hər bir bölgəsi üçün "kommunal mənzil" üçün vətəndaşların məcmu ödəmələrinin maksimum artımını məhdudlaşdıran indekslər müəyyənləşdirib. Ən minimal bahalaşma Nenets Muxtar Dairəsində – 2,4%, maksimal bahalaşma isə Çeçenistan Respublikasında qeydə alınıb – 6,5%. Moskvada kommunal xidmətlər 5%, Sankt-Peterburqda isə 3,8% bahalaşıb. Geri dön |