Ana Sayfa > Dünya > Türkiyədə 5,2 bal gücündə zəlzələ olub

Türkiyədə 5,2 bal gücündə zəlzələ olub


28-06-2020, 23:10. Yazar: admin

Türkiyədə 5,2 bal gücündə zəlzələ olub
Türkiyədə zəlzələ baş verib.

Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ Muğla vilayətində qeydə alınıb. Rixter cədvəli üzrə 5,2 bal gücündə olan zəlzələnin episentri Marmarisdədir.

Yeraltı təkanlar yerli vaxtla saat 20:43-də qeydə alınıb. Zəlzələ İzmir, Bursa və digər yaxın ərazilərdə də hiss edilib.

Dağıntı və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Geri dön