Ana Sayfa > Dünya > Ermənistan parlamentinin daha bir neçə deputatı koronavirusa yoluxub

Ermənistan parlamentinin daha bir neçə deputatı koronavirusa yoluxub


25-06-2020, 15:16. Yazar: admin
Ermənistan parlamentinin daha bir neçə deputatı koronavirusa yoluxub

Ermənistan parlamentinin daha bir neçə deputatı yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, bu barədə parlamentdəki "Mənim addımım" blokunun rəhbəri Lilit Makunts deyib.

“Dünən bir millət vəkilinin koronavirus nəticəsinin müsbət olduğunu bildirdim, daha sonra digər parlamentarilərin analizlərinin cavablarını aldıq. Daha 3 deputatda yoluxma aşkarlanıb, lakin mən onların adlarını açıqlaya bilmərəm”, - deyə blokun rəhbəri bildirib.

Qeyd edək ki, dünən "Mənim addımım" blokunun üzvləri Viktor Yengibaryan və Kristine Poqosyan "Facebook" vasitəsilə ictimaiyyətə COVID-19 virusuna yoluxduqlarını açıqlayıblar. Müxalifət partiyası "Çiçəklənən Ermənistan" fraksiyasının üzvü və parlamentin vitse-spikeri Vahe Enfiajyan da koronavirusa yoluxduğunu bildirib.
Geri dön