Ana Sayfa > Dünya > Maduro öz istefası üçün referenduma razılaşdı: “Küçələrə çıxıb imza toplayın”
Maduro öz istefası üçün referenduma razılaşdı: “Küçələrə çıxıb imza toplayın”25-06-2020, 10:10. Yazar: admin |
Venesuela Prezidenti Nikolas Maduro ölkədə öz istefası ilə bağlı referendum keçirməyə hazır olduğunu açıqlayıb. Bu barədə “Twitter”də canlı yayımlanan çıxışı zamanı bildirib. Onun sözlərinə görə, referendum 2022-ci ildə keçirilə bilər. Siyasətçi bildirib ki, ümumxalq səsverməsinin keçirilməsi üçün müəyyən sayda imza toplanmalıdır və referendum 10 yanvar 2022-ci ilə planlaşdırır. N.Maduro qeyd edib ki, prezidentin istefası ideyasını dəstəkləyənlər küçələrə çıxıb imza toplaya bilərlər. Geri dön |