Ana Sayfa > Dünya > Afrikada koronavirus peyvəndinin sınaqlarına başlanıldı

Afrikada koronavirus peyvəndinin sınaqlarına başlanıldı


24-06-2020, 14:45. Yazar: admin
Afrikada koronavirus peyvəndinin sınaqlarına başlanıldı

Cənubi Afrika Respublikasında (CAR) koronavirus peyvəndinin sınaqlarına başlanılıb.

Bu barədə yerli “eNCA” telekanalı məlumat yayıb.

Test üçün iki min könüllü seçilib. Peyvənd Oksford Universitetinin alimləri tərəfindən “AstraZeneca” farmokologiya şirkəti ilə birlikdə hazırlanıb.

Böyük Britaniyada artıq ilkin sınaqlar keçirilib, onların Braziliya və ABŞ-da da aparılması gözlənilir.
Geri dön