Ana Sayfa > Dünya > Ukrayna Gürcüstana aviareysləri bərpa edir

Ukrayna Gürcüstana aviareysləri bərpa edir


22-06-2020, 13:47. Yazar: admin
Ukrayna Gürcüstana aviareysləri bərpa edir

Ukrayna ilə Gürcüstan arasında uçuşlar iyulun 1-də bərpa ediləcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilib ki, Ukraynanın SkyUp aviaşirkəti iyulun 1-də Gürcüstan və Albaniyaya, iyulun 15-də isə digər ölkələrə uçuşları bərpa etməyi planlaşdırır.

Məlumatda qeyd olunub ki, uçuşların bərpa edilməsi bütün səyahət qadağalarının götürülməsi anlamına gəlmir.
Geri dön