Ana Sayfa > Dünya > Gürcüstanın azərbaycanlılar yaşayan kəndində koronavirusa yeni yoluxma halları qeydə alındı
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində koronavirusa yeni yoluxma halları qeydə alındı14-06-2020, 13:38. Yazar: admin |
Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı Muşevani (Dəllər) kəndində koronavirusa yeni yoluxma halları təsdiqlənib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə rayon bələdiyyəsindən bildirilib. Sərt karantin rejiminin tətbiq olunduğu kənddən iki gün öncə 21 sakinin bioloji materialı laboratoriyaya göndərilib. Dörd nəfərin COVID-19-la bağlı testinin nəticəsi pozitiv çıxıb. Həmin şəxslər özünütəcrid rejimində olublar. Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 864 nəfər yoluxub. Onların 703-ü sağalıb, 14-ü isə ölüb. Geri dön |